Suvarma sistemlərinin çəkilişi
Suvarmanın əsasən Landşaf , Tarla və Damlama növləri mövcuddur.Damlama növü irəlidə qeyd edəcəyimiz üstünlüklərinə görə suvarma sisteminin çox istifadə olunan üsullarından biridir. Burada su boru üzərinə və ya daxilinə yerləşdirilmiş damladıcı-drippers vasitəsi ilə birbaşa bitkilərin kök zonasına çatdırılır. Su ilə birlikdə ehtiyac olan gübrəni də bitkiyə ötürmək olur. Damlama sistemi qısa müddətdə böyük əraziləri optimal şəkildə suvarmağa imkan verir, bitkilərin inkişafını və məsuldarlığını artırır. Bitki növündən və əkin sxemindən asılı olaraq müxtəlif növ damlama boruları və damladıcılar istifadə edilir.Damcılı suvarma sistemində su damladıcılar vasitəsi ilə birbaşa bitkilərin kök sisteminə verilir, suya, işçi qüvvəsinə, gübrəyə xeyli qənaət edilir və yüksək məhsuldarlıq əldə olunur. Tərəfimizdən damlama suvarma sisteminin kompleks layihələndirilməsi, materila sifarişi və quraşdırılması həyata keçirilir.