Image not found

Haqqımızda

Ölkəmizin regionlarında kifayət qədər geniş potensiala malik istiqamətlərdən biri meyvəçilikdir. Bu da onunla şərtlənir ki, respublikamız bağçılıq üçün dünyanın ən əlverişli iqlim qurşağı üzərində yerləşir.“Kur Fruit Company”MMC ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, bağçılıq sahəsinin inkişaf etdirilməsi və yerli istehsal potensialının gücləndirilməsi məqsədi ilə 2017-ci ildə yaradılmış şirkətdir.Hazırda şirkətin əsas hədəfi daxili və xarici bazarlara yönəldilmiş ekoloji cəhətdən təmiz meyvə məhsullarının istehsalı və müasir satış konsepsiyasının formalaşdırılmasıdır.Kur Fruit şirkəti güclü bir heyətin dəstəyi ilə müasir texnologiyalar əsasında keyfiyyətcə yaxşılaşdırılmış, ətraf mühitin bioloji və ekoloji faktorlarına qarşı davamlılığa malik müxtəlif növ meyvələrin istehsalı və satışını təşkil etməklə, onların xarici və yerli bazarlarda ixracını zənginləşdirir.Şirkətimiz bağçılıq sahəsində bir sıra dövlət qurumları, xarici şirkətlər və beynəlxalq ekspertlərlə əməkdaşlıq edir.“Kur Fruit Company” MMC yaxın gələcəkdə respublikamızda keyfiyyətli, sağlam meyvə məhsullarının yetişdirilməsi və satışı ilə məşqul olan və nəzərdə tutulmuş hədəflərə ən qısa müddətdə çatacaq perspektivli bir şirkət olacaqdır.

Icon
Keyfiyyətli Məhsullar

Yerimizlə fərqlənirik,
İşimizlə fərqlənirik,
Keyfiyyət düşüncəmizdir.