Abate Fetel

Abate Fetel Fransa mənşəli,armud növüdür.Erkən meyvə verir,vaxtında budanarsa müntəzəm meyvə verir.Meyvəsi yaşıl fonda,bir qədər paslanmış və kifayət qədər iri,konusvari formadadır.Meyvəsinin qabıqları nazik və sarı-yaşıl rəngdədir.Meyvə əti sərt,şirəli,şəkərli və xoş qoxuya malikdir.Armud geniş adaptasiya qabiliyyətinə görə ölkəmizin müxtəlif ekoloji bölgələrində böyümək imkanına malikdir.Armud alma ilə müqayisədə soyuğa daha davamlı və istilik tələb edəndir.Meyvəsinin çəkisi 150-200 qram olur.Meyvənin kalibr ölçüsü 60-80 mm olur,məhsuldarlığı yüksədir və 2-ci ilidən bar verməyə başlayır.Soyuducu anbarlarda 6 ay müddətində saxlanıla bilər. Tozlandırıcıları Williams və Coscia armud növləridir.Əkin vaxtı noyabr və ya mart,aprel aylarıdır.Məhsulun yığım vaxtı sentyabr ayının birinci həftəsi və ikinci həftəsinə qədər davam edir.Bu meyvə ağacının əsas kökü yəni (calaq altısı) BA29-dur.