Venüs

Bu ağac növü,çox güclü və dik böyüməyə meylli olan İtaliya mənşəli məhsuldar bir çeşiddir. Meyvəsi iri, yuvarlaq, çox şirin və şirəli olur. Meyvə qabığı sarı fonda qırmızı rəngdədir,meyvənin toxum meyvə əti ilə birləşmir. Həddindən artıq soyuğa həssas olduğu üçün onun əkliməsi zamanı bunu nəzərə almaq lazımdır.Meyvənin kalibr ölçüsü 80-100 mm olur.Bir şaftalı ağacı 30-50 kq meyvə verir.Erkək və dişi gözlər eyni ağac üzərində olduğu üçün özü özünü tozlandırır.Əkin vaxtı noyabr və ya mart,aprel aylarıdr.Məhsulun yığım vaxtı iyul ayının ilk həftəsi və ikinci həftəsinə qədər davam edir.Bu meyvə ağacının əsas kökü yəni (calaq altısı) GF-dir.