Plagold 16

Çox böyük bir quruluşa malikdir.Xarici görünüşü qırmızı, içərisi sarıdır.Kifayət qədər davamlı və xoş ətirli,dadlı bir şaftalı növüdür.Plagold seriyasının ən əhəmiyyətli çeşididir.Qışda mümkün soyuqlara həssas olan çeşiddir.Meyvəsinin çəkisi 140-190 qramdır.Meyvənin kalibr ölçüsü 70-90 mm olur.Bir şaftalı ağacı 30-50 kq meyvə verir.Erkək və dişi gözlər eyni ağac üzərində olduğu üçün özü özünü tozlandırır.Əkin vaxtı noyabr və ya mart,aprel aylarıdr.Məhsulun yığım vaxtı iyul ayının üçüncü həftəsi və dördüncü həftəsinə qədər davam edir.Bu meyvə ağacının əsas kökü yəni (calaq altısı) GF-dir.