Fransa mənşəli bir gilas növüdür.Ağacın böyüməsi orta dərəcədə güclü və məhsuldardır.Meyvələr orta ölçülü və böyrək şəklindədir. Meyvənin xarici rəngi tünd qırmızı, daxili meyvə əti isə tünd qırmızıdır. Meyvələr şirin, lakin bir az turş dadına malikdir.Meyvə toxumu meyvə ətinə yarı yapışqandır.Tozlandırıcıları Lambert, Starks gold, Early Burlat, Star Giant gilas növləridir.Meyvəsinin çəkisi 8,5-9,5 qramdır.Meyvənin kalibr ölçüsü 25-30 mm olur.Bir gilas ağacı 20-30 kq meyvə verir.Əkin vaxtı noyabr və ya mart,aprel aylarıdr.Məhsulun yığım vaxtı iyul ayının ilk həftəsi və ikinci həftəsinə qədər davam edir.Bu meyvə ağacının əsas kökü yəni (calaq altısı) Max14 -dür.