Güclü, yarı yayılmış ağac quruluşuna malik bir növdür.Meyvənin forması yuvarlaq və meyvə rəngi 100% tünd qırmızıdır.Çiçəkləmə orta dövrdədir, yaz şaxtalarına müqavimət yaxşıdır.Hər il müntəzəm olaraq meyvə verir.Meyvəsinin çəkisi 300-450 qramdır.Meyvənin kalibr ölçüsü 80-100 mm olur.Bir şaftalı ağacı 30-50 kq meyvə verir.Erkək və dişi gözlər eyni ağac üzərində olduğu üçün özü özünü tozlandırır.Əkin vaxtı noyabr və ya mart,aprel aylarıdr.Məhsulun yığım vaxtı iyun ayının ilk həftəsi və ikinci həftəsinə qədər davam edir.Bu meyvə ağacının əsas kökü yəni (calaq altısı) GF-dir.