Caldesi 2000

İtaliya mənşəli, orta gücdə və yarı dik formada,çox məhsuldar bir nektarin çeşiddir. Meyvəsi iri, cazibədar, meyvə qabığı sarı fonda tünd qırmızı, əti ağ, toxumu meyvə ətinə yapışmayan bir nektarin növüdür.Meyvəsinin çəkisi 300-450 qramdır.Meyvənin kalibr ölçüsü 80-100 mm olur.Bir şaftalı ağacı 30-50 kq meyvə verir.Erkək və dişi gözlər eyni ağac üzərində olduğu üçün özü özünü tozlandırır.Əkin vaxtı noyabr və ya mart,aprel aylarıdr.Məhsulun yığım vaxtı iyul ayının ilk həftəsi və ikinci həftəsinə qədər davam edir.Bu meyvə ağacının əsas kökü yəni (calaq altısı) GF-dir.