Ziraat 900 gilas növü Türk gilası kimi tanınır. Mənşəyi Anadoludur və ölkəmizdə ixrac edilən və geniş şəkildə yetişdirilən,gilas növüdür.Çox güclü və yarı dik ağac böyüməsinə malikdir. Uzun saplı bir çeşiddir. Meyvə ölçüsü və gözəl rəngi ilə məşhurdur.Meyvə ətinin rəngi açıq qırmızı, qabığı isə tam qırmızıdır. Yetişəndə tünd qırmızıya çevrilir. Meyvənin forması ürəyə bənzəyir.Tozlandırıcıları Kordia,Regina gilas növləridir.Bu səbəbdən də ixracda ən çox seçilən gilas növüdür.Meyvəsinin çəkisi 8,5-9,5 qramdır.Meyvənin kalibr ölçüsü 25-30 mm olur.Bir gilas ağacı 20-30 kq meyvə verir.Əkin vaxtı noyabr və ya mart,aprel aylarıdr.Məhsulun yığım vaxtı iyun ayının ikinci həftəsi və üçüncü həftəsinə qədər davam edir.Bu meyvə ağacının əsas kökü yəni (calaq altısı) Max14 -dür.