Becərilməsi sürətlə genişlənən Regina gilas tingi Almaniyada yetişdirilən sortdur. Yağışlı iqlimə görə gilaslarda çatlamalar baş verə bilir. Ziraat 900 sortu ilə müqayisə etdikdə onun çatlamaya daha davamlı olduğunu deyə bilərik.Regina gilasının başqa bir xüsusiyyəti də uzun müddət budaqda qalması və sərt olmasıdır. Bu xüsusiyyətlər yaxşı gilaslarda axtarılan ən vacib meyarlardan biridir.Regina gilas növü Ziraat 9000 sortundan 20% daha sərtdir. Digər bir xüsusiyyəti meyvəsinin böyük ölçülü,uzun gövdəli və sapları nisbətən qalındır. Meyvə ətinin rəngi qırmızıdır və qırmızı meyvə ətin rəngi marketinq baxımından sərfəlidir.Meyvəsinin çəkisi 8,5-9,5 qramdır.Meyvənin kalibr ölçüsü 25-30 mm olur.Bir gilas ağacı 20-30 kq meyvə verir.Əkin vaxtı noyabr və ya mart,aprel aylarıdr.Məhsulun yığım vaxtı iyun ayının ikinci həftəsi və üçüncü həftəsinə qədər davam edir.Bu meyvə ağacının əsas kökü yəni (calaq altısı) Max14 -dür.