Merlot

Merlot tünd göy rəngli şərab üzüm çeşididir. Merlot adı fransızca qaraquş mənasını verən melen sözünə kiçiltmə şəkilçisi əlavə edilərək yaradılmışdır və yəqin ki, üzümün rənginə görə bu adı almışdır. Merlot yumşaqlığı və dolğunluğu,ilə seçilən bir üzüm növüdür.Ağacın suvarma intervalı qış aylarında havanın yağışlı olması səbəbindən onu suvarmağa ehtiyac yoxdur. Yaz aylarında üzüm ağacının dibi quruduğu üçün onu suvarmaq lazımdır.Meyvəsinin çəkisi yəni (dənəsi) 1,5-2 qramdır,bir salxımının çəkisi isə,200-250 qramdır.Soyuducu anbarlarda 6 ay müddətində saxlanıla bilər.Əkin vaxtı noyabr və ya mart,aprel aylarıdır.Bu meyvəni yığım vaxtı sentyabr ayinin dördüncü həftəsi və oktyabr ayının birinci həhtəsinə qədər davam edir.