Bu qaysı ağac yarıaçıq və orta səviyyədə böyüyür. Ümumiyyətlə qısa və orta budaqlarda meyvə verir və orta dövrdə bol çiçək açır. Pricia əriyinin məhsuldarlığı hər il çox yaxşıdır.Meyvəsi iri ölçüdə və oval formadadır. Xüsusilə günəş işığının bol olduğu bölgələrdə meyvənin xarici rənginin 60%-i qırmızı rəng olur.Meyvə ətinin möhkəmliyi çox yaxşıdır. Düzgün vaxtda yığılsa, dadı kifayət qədər yaxşıdır. Erkən çiçəklənmir və buna görə də gec şaxtalı ərazilər üçün idealdır.Meyvənin kalibr ölçüsü 50-60 mm,məhsuldarlığı yüksədir və 2-ci ilidən bar verməyə başlayır.Meyvəsinin çəkisi 70-80 qram olur.Bu növ öz-özünü tozlandırır.Əkin vaxtı noyabr və ya mart,aprel aylarıdır.Məhsulun yığım vaxtı iyun ayının ikinci həftəsi və dördüncü həftəsinin qədər davam edir.Bu meyvə ağacının əsas kökü yəni (calaq altısı) Murobolan-dır.