İtaliya mənşəli bu nektarin növü,güclü və geniş böyüyür. Çox məhsuldar sortdur. Meyvə qabığı sarı fonda canlı qırmızı rəngə malikdir.Meyvə əti sarı rəngdədir və soyuducu anbarlarda təxminən 1 aya qədər saxlanıla bilər.Meyvəsinin çəkisi 300-450 qramdır.Meyvənin kalibr ölçüsü 80-100 mm olur.Bir şaftalı ağacı 30-50 kq meyvə verir.Erkək və dişi gözlər eyni ağac üzərində olduğu üçün özü özünü tozlandırır.Əkin vaxtı noyabr və ya mart,aprel aylarıdr.Məhsulun yığım vaxtı iyul ayının ilk həftəsi və ikinci həftəsinə qədər davam edir.Bu meyvə ağacının əsas kökü yəni (calaq altısı) GF-dir.